“On ildən sonra gələcək rəhbərliyə klubu bu problemləri həll edib təhvil vermək istəyirik"

28 Avqust 2023 00:40 Turan 1 108
“On ildən sonra gələcək rəhbərliyə klubu bu problemləri həll edib təhvil vermək istəyirik"

"Öz oyunçularını yetişdirə bilən, bölgənin gənclərinin hesabına daim liderliyə oynayan, avrokuboklarda öz sözünü deyən bir klubun yaradılması əsas strateji hədəfdir”.

Sportinfo.az xəbər verir ki, bu sözləri "Turan Tovuz"un İdarə Heyətinin sədri Ehtiram Quliyev deyib.

Tanınmış biznesmen "Turan Tovuz"un strateji hədəfləri barədə bunları söyləyib:

“Məsələnin həlli çox sadədir. Azərbaycan futbolunun ən böyük problemi süni ot örtüyüdür.

Köklü dəyişiklik lazımdır. Təbii ot örtüyünə keçirilməlidir. İstedadlı oyunçularımız var.

Burada yetişirlər, amma süni ot örtüyünə görə bir yerə qədər oynayırlar, sonra zədələnirlər. Dünya bu təcrübəni keçib,

Amerikanı yenidən kəşf etməyə ehtiyac yoxdur, Xristofor Kolumb oranı bir dəfə kəşf edib.

On ildən sonra biz və bizdən sonra gələcək rəhbərliyə klubu bu problemləri həll edib təhvil vermək istəyirik".

Digər Xəbərlər
Xəbər Lenti