
Premyer Liqanın 4-cü turu çərçivəsində “Turan Tovuz” doğma meydanda “Səbail”i qəbul edib – 1:3.
Bölgədə bu oyuna maraq gözləniləndən xeyli artıq olub.
Təxminən 3 aylıq fasilədən sonra doğma şəhərə qayıdan komandanı canlı izləmək üçün azarkeşlər stadionun yolunu tutub.
Arenanın ətrafındakı yollar polislər tərəfindən təhlükəsizlik məqsədi ilə bağlanıb deyə, sıxlıq müşahidə olunur. Stadiondakı polislərin sayıda ötən mövsümdəki matçlarla müqayisədə çoxdur.
Futbolçular meydana ayaq basanda isə tribunalardan gələn dəstək səsləri qulaqları batırıb. Tovuzlu futbolsevərlərin doğma komandalar üçün darıxdığı açıq-aşkar hiss olunub.
HƏBİB / SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN: