Tovuzdan çağırıldı – Avstriya və Farerlə oyunlar üçün

26 Avqust 2023 17:20 Turan 857
Tovuzdan çağırıldı – Avstriya və Farerlə oyunlar üçün

"Turan Tovuz"un legioneri Denis Marandiçi Moldova millisinə dəvət alıb.

Sportinfo.az xəbər verir ki, 27 yaşlı müdafiəçi sentyabr ayının 3-də milli komandanın düşərgəsinə qoşulacaq.

Moldova yığması 7 sentyabr tarixində yoxlama oyununda Avstriya millisi ilə qarşılaşacaq.

3 gün sonra isə Sergey Kleşenkonun başçılıq etdiyi komanda AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində Farer adaları ilə oyunda qüvvəsini sınayacaq.

Digər Xəbərlər
Xəbər Lenti