İspaniyalı legionerdən MESAJ: "Biz meydanda hər şeyi kənara buraxacağıq ki..."

25 Avqust 2023 23:20 Turan 932
İspaniyalı legionerdən MESAJ: "Biz meydanda hər şeyi kənara buraxacağıq ki..."

“Turan Tovuz”un yarımmüdafiəçisi Serrano Qarsiya Premyer Liqanın 3-cü turunda “Kəpəz”i məğlub etdikləri matç (2:0) haqda Sportinfo.az-a açıqlama verib.

İspaniyalı qərb derbisindəki qələbədən danışıb:

“Əhəmiyyətli qələbə oldu. Derbilər həmişə çətin olur. Ən əhəmiyyətlisi bu matçlardan xal almaqdır.

Biz də buradan qələbə ilə ayrılırıq”.

Tovuz klubu uzun fasilədən sonra bu tur dogma publika önündə meydana çıxacaq. Rəqib Bakını təmsil edən “Səbail”dir.

28 yaşlı legioner bu matç barədə də fikirlərini bizimlə bölüşüb:

“Çətin oyun olacaq, amma ümid edirəm ki, azarkeşlərimiz önündə 3 xal qazanacağıq.

İlk dəfə evdə oynayacağıq. Biz meydanda hər şeyi kənara buraxacağıq ki, onları qürurlandıra bilək”.

XANOĞLAN

Digər Xəbərlər
Xəbər Lenti