Bu rayonda yaşayanların illərdir gözlədiyi o günə az qaldı … FOTOLAR

23 Avqust 2023 16:40 Turan 2 137
Bu rayonda yaşayanların illərdir gözlədiyi o günə az qaldı … FOTOLAR

“Turan Tovuz” doğma məkana qayıdır.

Maydan bu yana Tovuzdan uzaq düşən qərb təmsilçisi “Səbail”i “ev”də qəbul edəcək.

“Huner Group”un klubun baş sponsoru olmasından sonra stadionda görülən əsaslı təmir-barpa işləri davam etdirilir.

Əksəriyyətin fikrincə, arenada təmir işləri başa çatıb deyə, “ağ-göylər” rəqiblərini Tovuzda qəbul edəcək. Amma yox.

Stadionda yeni bazanın tikintisi davam edir. Azarkeşlərin illərdir həsrətlə gözlədiyi projektorlar gətirilib və yerinə bərkidilib. Ancaq hələ ki, stadionu işıqlandıracaq gücdə deyil.

Bunun üçün lampalar da quraşdırılmalıdır ki, məlum proses sentyabrın 15-dən sonra reallaşacaq. Odur ki, “Səbail”lə qarşılaşmada projektorlar “fəaliyyət göstərməyəcək”. İşıqlandırma sistemi sentyabrın sonuna qədər həllini tapacaq.

Avqustun 26-da Premyer Liqanın 4-cü turu çərçivəsində keçiriləcək “Turan Tovuz” – “Səbail” matçı saat 17:00-da başlayacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti