“Turan Tovuz”dan ayrıldı, yeni klubu məlum oldu

20 Avqust 2023 18:35 Turan 1 527
“Turan Tovuz”dan ayrıldı, yeni klubu məlum oldu

“Turan Tovuz”dan ayrılan Vüsal Məsimovun yeni iş yeri məlum olub.

Sportinfo.az xəbər verir ki, 23 yaşlı futbolçu karyerasını “Kəpəz”də davam etdirəcək.

Məsimov baş məşqçi Ayxan Abbasova yaxınlaşaraq daha çox oyun təcrübəsi qazanmaq məqsədi ilə klubunu dəyişmək haqda xahişdə bulunub. Klubdan ona şərait yaradılıb.

U-19 millimizin sabiq üzvü Gəncə təmsilçisi ilə 1 illik müqavilə bağlayacaq.

Klub qısa vaxt ərzində transferi ictimaiyyətə açıqlayacaq.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti