"Səmimi desəm, mənim üçün…" – Premyer Liqanın yeni "qol silah"ı

20 Avqust 2023 23:20 Turan 1 625
"Səmimi desəm, mənim üçün…" – Premyer Liqanın yeni "qol silah"ı

"Hücumun istənilən nöqtəsi mənə doğmadır".

Bu sözləri Sportinfo.az-a açıqlamasında "Turan Tovuz"un hücumçusu Martin Petkov deyib.

Mövsümlərarası fasilədə Azərbaycana gələn bolqarıstanlı hücumçu artıq Premyer Liqada 3 qol vurub.

Ölkəsinin 21 yaşlılardan ibarət millisinin heyətində 11 oyun keçirmiş forvard «Araz-Naxçıvan»la açılış matçında dubla imza atıb, həmçinin qərb derbisində «Kəpəz»in qapısına yol tapıb.

O, həm mərkəz, həm də cinah hücumçusu kimi oynaya bilir. Bəs hansı mövqe özünə daha rahatdır? Petkovu dinləyək:

"Kkaryeramboyu bütün mövqelərdə çıxış etmişəm - hücumcü, ikinci hücumçu, sağ cinah hücumçusu - fərq etməz.

Baş məşqçi harada məsləhət bilirsə, orada oynamağa hazıram. Səmimi desəm, mənim üçün mərkəz hücumçusu, ya da ikinci hücumçu kimi çıxış etmək daha rahatdır".

"Turan Tovuz" bolqarıstanlı ilə 2 illik rəsmi müqavilə bağlayıb. Sofiya “Levski”sinin yetirməsi olan gənc son olaraq vətənində “Septemvri”nin şərəfini qoruyub.

O, karyerası ərzində “Slaviya” (Bolqarıstan), “Çernomorets”in (Ukrayna) də formasını geyinib.

Digər Xəbərlər
Xəbər Lenti
6 Noyabr 18:10 Çək və bizə göndər!