Rayonlu futbolsevərlər üçün YENİ ƏLA XƏBƏR

20 Avqust 2023 22:20 Turan 1 221
Rayonlu futbolsevərlər üçün YENİ ƏLA XƏBƏR

Tovuzlu azarkeşlərin 3 aylıq həsrəti başa çatmaq üzrədir.

Rayonun doğma komandası “Turan Tovuz” Tovuza qayıdır.

Ötən mövsüm başa çatandan sonra fasiləyə buraxılan, mövsümlərarası hazırlıq dönəmini Bakıda və Türkiyədə keçirən bölgə təmsilçisinin üzvləri cari mövsümün əvvəlində də azarkeşlərindən uzaq düşmüşdü.

Tovuz şəhər stadionunda aparılan təmir işləri ilə əlaqədar Ayxan Abbasovun yetirmələri “Araz-Naxçıvan”, “Qarabağ” və “Kəpəz”lə qarşılaşmalara Bakıda hazırlaşmaq məcburiyyətində idi.

Qərbli fanatlar 3 aylıq fasilədən sonra - avqustun 21-dən etibarən “Turan Tovuz”un məşqçi və futbolçu heyətini Tovuzda görə biləcək. Bölgə təmsilçisi “Səbail”lə görüşə bölgədə hazırlaşacaq.

Avqustun 26-da Premyer Liqanın 4-cü turu çərçivəsində keçiriləcək “Turan Tovuz” – “Səbail” görüşü saat 17:00-da başlayacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti