“Neftçi” kimi komandanı məğlub etməyi bacardılarsa..."

18 Avqust 2023 16:00 Turan 865
“Neftçi” kimi komandanı məğlub etməyi bacardılarsa..."

Premyer Liqanın üçüncü turunun mərkəzi qarşılaşması Bakıda “Sabah”la “Neftçi” arasında baş tutacaqsa, prinsipial oyun Gəncədə keçiriləcək.

Yanvarın 18-də qərb bölgəsinin iki sevilən komandası “Kəpəz”lə “Turan Tovuz” bu gün üz-üzə gələcək.

Ötən mövsümlə müqayisədə hər iki komandada ciddi dəyişikliklər baş verib. Bu mənada tovuzluların heyətini gücləndirdiyini deyə bilərik.

Nizami yurdunun təmsilçisi isə hələ də heyət kasadlığından əziyyət çəkir. Əsas məqam odur ki, həm “Kəpəz”, həm də “Turan Tovuz” ilk turda qələbə qazanıb, ikinci turu məğlub başa vurub.

Yəni, bu dəfə qalib gələn həm turnir cədvəlindəki vəziyyətini yaxşılaşdıracaq, həm də psixoloji yüksəlişin sevincini yaşayacaq.

“Turan Tovuz”un kapitanı Şəhriyar Əliyev Sportinfo.az-a qərb derbisi ilə bağlı danışarkən oyunun qonaqlar üçün çətin keçəcəyini gizlətməyib:

“Bizi çox ağır oyun gözləyir. Özünüz də bilirsiniz ki, “Kəpəz” Gəncədə xoş təsir bağışlayır.

“Neftçi” kimi rəqibi məğlub etməyi bacardılar. Həm doğma meydan amili var, həm də azarkeş dəstəyindən əlavə güc alırlar.

Rəqibin oyununu təhlil edəndə üstün tərəflərini görürük. Üstün tərəflərini müəyyənləşdirməklə onları “saxlamağa” çalışacağıq.

Komanda şəklində döyüşürlər, son saniyəyə qədər mübarizə aparırlar. “Qarabağ”a məğlubiyyətə baxmayaraq, komandada ab-hava yaxşıdır. Uşaqlar həvəslidir.

Oyunun başlama saatının istiyə təsadüf etməsi hər iki komandanın futbolçularının işini çətinə salır. Səfərdən xal və ya xallarla qayıtmağa çalışacağıq”.

Avqustun 18-də Gəncə şəhər stadionunda keçiriləcək “Kəpəz” – “Turan Tovuz” qarşılaşması saat 17:00-da başlayacaq.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti