“Kəpəz”in yeni transferi Azərbaycanın iki klubunun təklifini geri çevirib

16 Avqust 2023 21:20 Turan 2 819
“Kəpəz”in yeni transferi Azərbaycanın iki klubunun təklifini geri çevirib

“Azərbaycandakı həyatımdan çox razıyam.

Ölkəniz gözəl, insanlarınız isə mehribandır”.

“Kəpəz”in yeni və sevilən transferi Olavale Onanuqa Sportinfo.az-a açıqlamasında ölkəmizdəki günlərindən söz açıb.

Karyerasına vətəni Nigeriyada başlayan, 2021-ci ildə Avropaya gələrək Albaniya “Kastrioti”si ilə müqavilə bağlayan 25 yaşlı dayaq yarımmüdafiəçisi Azərbaycan Premyer Liqasında 2 oyunun həyəcanını yaşayıb.

Sən demə, Onanuqa ölkəmiz və futbolumuz haqda əvvəldən xəbərdar imiş. Məlumat toplamasına isə Nigeriyadan olan həmyerliləri kömək edib:

“Kəpəz”dən təklif alanda çox düşünmədim. Çünki, xeyli vaxtdır Azərbaycan haqda bilgilərə sahib idim.

Ceyms Adeniyi ilə Yusuf Laval yaxın dostlarımdır. Onlarla mütəmadi danışırdım.

Hər dəfə onlarla söhbət edəndə yeni nəsə öyrənirdim. Və hər dəfə xoş sözlər eşidirdim. Buna görə də tərəddüd etmədim”.

Ona ləqəbli futbolçu daha bir sirrin üstünü açaraq təklif aldığı digər iki klubun adını çəkib:

“Bu yay daha iki Azərbaycan klubu xidmətimdə maraqlı idi. Biri “Turan Tovuz” idi, digəri “Sumqayıt”. Mən “Kəpəz”i seçdim”.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti