“Hələ ki, yeni yolun başlanğıcındayıq, bizi qarşıda uzun marafon gözləyir”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında “Turan Tovuz”un yeni legioneri Otto Con deyib.
Ötən ay Azərbaycana gələn və 2 illik müqavilə imzalayan nigeriyalı hücumçu özünün və klubun hədəfi haqda danışıb:
“Çempionata qolla başlamağım yerinə düşdü. Bundan sonrakı matçlarda da maksimumu etməyə çalışacağıq.
Mən qol vurum, assist edim, komandama köməyim dəysin, yekunda hansı yerdə olacağımızı zaman göstərəcək. İndidən gələcək haqda böyük sözlər danışmaq istəmirəm”.
Son olaraq Kosovoda "Dukagini"nin formasını geyinmiş 25 yaşlı forvard karyerası ərzində ölkəsinin "36 Lion", Albaniyanın "Skenderbeu", Kosovonun "Trepça" və "Priştina" komandalarında da çıxış edib.

