“Başqa problem yoxdur, xırda məsələlər qalıb, tələsə bilmərik”

15 Avqust 2023 15:00 Turan 1 069
“Başqa problem yoxdur, xırda məsələlər qalıb, tələsə bilmərik”

Bilindiyi kimi, 15 gün öncə Peşəkar Futbol Liqası (PFL) tərəfindən Tovuz şəhər stadionunda geniştərkibli təftiş həyata keçirilib.

Aparılan əsaslı işlər, stadionun hazırki durumu, azarkeşlərin və futbolçuların təhlükəsizliyi, oyunun canlı yayımı və VAR infrastrukturunun vəziyyəti nəzərə alınaraq qurumun İdarə Heyəti rəqib komandaların razılıq məktubunu da əsas götürərək, bir sıra qərarlar qəbul edib.

Daha sonra Azərbaycan Premyer Liqasının 1-ci dövrəsinin oyunu "Araz Naxçıvan" – “Turan Tovuz”, 2-ci dövrənin oyunu "Turan Tovuz" - "Araz Naxçıvan" qarşılaşması kimi keçirilib.

1-ci dövrənin oyunu "Qarabağ" - "Turan Tovuz", 2-ci dövrənin oyunu "Turan Tovuz" - "Qarabağ" qarşılaşması kimi təşkil olunub.

Bundan əlavə, 4-cü turdan etibarən Tovuz şəhər stadionu qarşılaşmaları qəbul etməyə hazır olmalı və bununla bağlı bütün işlər nəzarətdə saxlanılmalıdır.

«Artıq stadionda dirəklər quraşdırılıb və yalnız projektorlar qalıb» - bu açıqlamanı Sportinfo.az-a «Turan Tovuz»un icraçı direktoru Nadir Nəbiyev verib.

N.Nəbiyevin bildirdiyinə görə, arenada təmir-tikinti hələ gələn ay da davam edəcək: «İşlər ən geci sentyabrın sonunadək qurtarmalıdır.

Bilirsiz ki, stadionun ərazisində akademiya üçün əlavə korpus da tikilir. Qonaq komandalar üçün nəzərdə tutulmuş «skybox» artıq hazırdır.

Başqa bir problem yoxdur orada. Yalnız xırda məsələlər qalıb.

Bu gün ev oyunlarımızın Tovuzda keçirilməsinə mane olan bir dənə projektorlardır.

Tikintinin qaydası budur, dirəklər basdırılan kimi onu quraşdırmaq olmaz. Onun da öz vaxtı var, tələsə bilmərik».

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti