Əyalət klubundan 1 illik yeni müqavilə - Müdafiəçi gəldi

11 Avqust 2023 16:00 Turan 878
Əyalət klubundan 1 illik yeni müqavilə - Müdafiəçi gəldi

“Zirə”dən ayrılan futbolçu Slavik Alxasovun yeni klubu müəyyənləşib.

Sportinfo.az xəbər verir ki,o, karyerasını “Turan Tovuz”da davam etdirəcək.

Bu barədə Tovuz təmsilçisi məlumat yayıb.

30 yaşlı müdafiəçi ilə 1 illik müqavilə imzalanıb.

Slavik Alxasov karyerası ərzində “Sumqayıt”, “Xəzər Lənkəran”, “Keşlə” və “Sabah” klublarının da formasını geyinib.

"Turan Tovuz" bunadək Aydın Bayramov, Fərid Nəbiyev, Sərtan Taşkın, Martin Detelinov Petkov, Bruno Qonçalves, Otto Con, Luis Henrike Paçu Lira, Budaq Nəsirov, Alexandro Qarsiya Serrano və Veysəl Rzayevi heyətinə qatıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti