Ötən yay Premyer Liqaya qayıdan “Turan Tovuz” böyümək yolunda ciddi addımlar atmaqda davam edir.
Komandanın heyətinin gücləndirilməsi, infrastrukturun yaxşılaşdırılması, stadionda görülən işlər bölgə təmsilçisinin işıqlı gələcəyindən xəbər verir.
Növbəti bu cür addım da azarkeşlərin rahatlığı üçün nəzərdə tutulub.
Klubun “yutub” səhifəsi izləyicilərin ixtiyarına verilib. Bundan sonra komandanın Premyer Liqadakı oyunları, klubla bağlı tədbirlər və digər maraqlı videolar “yutub”da “Turan Tovuz” adlı kanalda yerləşdiriləcək.
Kanal yeni istifadəyə verildiyindən, hələ ki, yalnız Xpertin repi ilə rastaşmaq mümkündür. Vaxt ötdükcə kanal öz intensivliyini artıracaq.
Maraq üçün bildirək ki, “Turan Tovuz”un sosial media platformalarındakı səhifələri də aktivliyinə görə digərlərindən fərqlənir.
HƏBİB / SPORTİNFO.AZ

