Azərbaycan Premyer Liqasında 2023/2024 mövsümünə start verilib.
Sportinfo.az xəbər verir ki, açılış oyunu “Dalğa Arena”da keçirilib.
Yenidən elitaya qayıdan “Araz-Naxçıvan” I tur çərçivəsində “Turan Tovuz”u qəbul edib. Birinci hissədə qapılara qol vurulmayıb.
Qarşılaşmada hesab 53-cü dəqiqədə açılıb. Tovuz təmsilçisinin hücumçusu Martin Petkov fərqlənib. Bolqarıstanlı forvard həm də mövsümdə ilk qolun müəllifi olub.
67-ci dəqiqədə hesab arasındakı fərq iki topa çatıb. Bu dəfə nigeriyalı ön xətt oyunçusu Otto Con naxçıvanlıları mərkəzə dəvət edib.
Görüşdə son nöqtəni Martin Petkov qoyub. 87-ci dəqiqədə dublunu rəsmiləşdirən yeni transfer “Turan Tovuz”a böyükhesablı qələbə qazandırıb - 3:0.

