Ötən il Premyer Liqaya qayıdan “Turan Tovuz”da böyük işlər görülməkdədir.
Ölkənin tanınmış şirkətlərindən olan “Huner Group”un klubun əsas sponsoruna çevrilməsindən sonra Tovuzdan gələn xoş xəbərlər bir-birini əvəzləyir.
Komandanın heyətinin gücləndirilməsi, arenaya elektron tablonun quraşdırılması, xaricdən süni işıqlandırma sisteminin gətirilməsi, qarşı tribunaların ideal vəziyyətə gətirilməsi və görülən digər işlər bölgə təmsilçisinin işıqlı gələcəyindən xəbər verir.
Daha bir sevindirici xəbər Azərbaycanın tanınan repçilərindən olan Xpertin Tovuza səfər etməsi, klub üçün rep səsləndirməsi və orada klip çəkdirməsidir.
2019-cu ildən özünə “Xpert” ləqəbini seçən Şəhriyar səsləndirdiyi 2 dəqiqəlik repdə son dərəcə maraqlı məqamlara toxunmaqla dinləyicilərin könlünü oxşayıb.
Tovuz şəhər stadionunda və rayonun təbiət qoynunda çəkilən klipdə dörd futbolçu yer alıb – Kamal Bayramov, Şəhriyar Əliyev, Səbayıl Bağırov, Otto Con.
“Turan Tovuz” adlanan rep sosial şəbəkə istifadəçiləri tərəfindən böyük coşqu ilə qarşılanıb.
HƏBİB / SPORTİNFO.AZ
Həmin repi təqdim edirik:

