MÜƏMMA: Azərbaycan klubu yeni transferin Türkiyə toplanışına niyə aparmayıb?

31 İyul 2023 20:00 Turan 1 884
MÜƏMMA: Azərbaycan klubu yeni transferin Türkiyə toplanışına niyə aparmayıb?

Türkiyə toplanışını başa vuran "Turan Tovuz" artıq vətənə qayıdıb.

Qərb təmsilçisi iki həftə qaldığı qardaş ölkədə 3 yoxlama görüşü keçirdi.

Matçlarda diqqətdən yayınmayan yeni transfer Budaq Nəsirovun adının heyətdə ümumiyyətlə yer almaması oldu.

Ehtimal etmək olardı ki, yarımmüdafiəçi "Araz Naxçıvan"la Bakıdakı yoxlama matçında aldığı zədənin bərpası ilə məşğuldur.

O, Muxtar Respublika təmsilçisi ilə görüşün sonlarına yaxın qaşından ciddi zədə alaraq matçı erkən tərk etmişdi.

Amma Budaqın Türkiyə toplanışında gözə görünməməsi heç də zədə ilə bağlı deyilmiş.

Belə ki, bir müddət əvvələ kimi Türkiyədə qalan futbolçu oradan deport olunub.

Problem təlim-məşq toplanışına getməyə az müddət qalmış aşkara çıxıb. Budaq özü də məsələdən xəbərsiz olub.

Belədə onun ölkə xaricində baş tutan hazırlıqda iştirakı mümkün olmayıb.

Tovuza qayıdan orta xətt oyunçusu əvəzedici komanda ilə məşqlərini davam etdirib.

27 yaşlı oyunçu sabahdan doğma rayonda hazırlığı bərpa edəcək əsas komandanın düşərgəsində yer alacaq.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti