“Komandanın qarşısına avrokuboklara vəsiqə qazanmaq tələbi qoyulmayıb”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında “Turan Tovuz”un icraçı direktoru Nadir Nəbiyev deyib.
Qərb təmsilçisi Premyer Liqada ikinci mövsümünü keçirməyə hazırlaşır. Debüt ilində uğurlu nəticə əldə edən və 6-cı pilləni tutan “göy-ağlar” indi daha inamlıdır.
Hər halda yay fasiləsində düşərgədə müəyyən dəyişiklər yaşanıb, komandaya yeni legionerlər cəlb olunub.
Nadir Nəbiyev söyləyib:
“Əsas məqsədimiz məzmunlu oyun və əzmkar komanda görməkdir. Bütün işlər bu istiqamətdə qurulub.
Ümid edirəm ki, sonda arzumuza çatarıq. Avrokuboklara getsək, nə gözəl olar...
Bəli, komandamıza yeni futbolçular qoşulub. Onların adaptasiya prosesini keçməsini gözləyirik. Əminəm ki, “Turan”a faydaları dəyəcək”.

