«Turan Tovuz»ın Antonii Amos Beji ilə bağladığı müqavilənin dəyəri və müddəti məlum olub.
Premyer Liqada ikinci mövsümünü keçirən və iddialı duruma gələn qərb klubu nigeriyalı yarımmüdafiəçi ilə 2 illik anlaşıb.
24 yaşlı afrikalı Azərbaycanda keçirəcəyi hər ayda 5000 dollar pulun sahibi olacaq.
O, indiyədək Albaniyada çıxış edib. 2017-2018-ci illərdə «Eqnatiya»nın formasını geyinib.
Son 5 ili isə «Bilis»də keçirib. Bu illər ərzində sözügedən ölkənin çempionatında 82 oyun keçirib, 17 qol vurub.
Cari ilin iyunundan bəri azad agent statusu daşıyır.
SPORTİNFO.AZ

