Azərbaycanda 2 illik imzanın qarşılığı – İki dəfə çox qazanc!

28 İyul 2023 17:20 Turan 2 401
Azərbaycanda 2 illik imzanın qarşılığı – İki dəfə çox qazanc!

“Turan Tovuz” bugünlərdə Roderik Miller ilə müqaviləni daha 2 il müddətinə uzatdı.

Panama millisinin də şərəfini qoruyan müdafiəçi 2024/2025-ci illər mövsümünün sonunadək Tovuz klubunun şərəfini qoruyacaq.

Bu ilin mart ayından Azərbaycanda legioner həyatı yaşayan şimalı amerikalı “San Fransisko”nun yetirməsidir.

Karyerası ərzində Meksikanın “Merida”, Kolumbiyanın “Atletiko”, Portuqaliyanın “Feyrense”,Qazaxıstanın “Okjetpes”, Perunun “Karlos Stein”, İraqın “Al Kuva” və “Al Mina” klublarının formasını geyinib.

30 yaşlı mərkəz müdafiəçi “Al Mina”dan azad agent statusu ilə gəlib. Maliyyə problemləri ilə üzləşən İraq təmsilçisi yanvarda bütün legionerlərini sərbəst buraxıb.

Panamalı növbəti mövsüm Azərbaycanda keçirəcəyi hər aya görə 6000 dollar civarında pul qazanacaq. Bu isə mart-may ayları üzrə aldığı əməkhaqqından iki dəfə çoxdur.

Klıubsuz qaldığı üçün 6 ay öncə ölkəmizə təşrif buyuran Millerin əyanı baxış müddətini uğurla gerdidə qoyduğunu söyləməliyik. O, artıq Premyer Liqada 2 qola imza atıb.

"Turan Tovuz" bu yay Ayxan Hüseynov, Kamal Bayramov, Tərlan Əhmədli, Sadiq Quliyev, Tərlan Quliyev, Ehtiram Şahverdiyev, Eltun Turabov, Səbayıl Bağırov, Mehman Hacıyev, Faiq Hacıyev, Vüsal Məsimov, Belajdi Pusi və Piruzi Marakvelidze ilə müqaviləni uzadıb.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti