Premyer Liqa təmsilçisində daha bir legioner – SON DƏQİQƏ

28 İyul 2023 11:20 Turan 2 912
Premyer Liqa təmsilçisində daha bir legioner – SON DƏQİQƏ

«Turan Tovuz» növbəti transfer çalışmasını sona çatdırıb.

Premyer Liqada ikinci mövsümünü keçirən və iddialı duruma gələn qərb klubu yenə ölkə xaricinə üz tutub.

Antonii Amos Beji ilə razılaşma əldə olunub. Nigeriyalı yarımmüdafiəçi ən qısa zamanda özünü bura yetirəcək.

24 yaşlı afrikalı indiyədək Albaniyada çıxış edib. 2017-2018-ci illərdə «Eqnatiya»nın formasını geyinib.

Son 5 ili isə «Bilis»də keçirib. O, bu illər ərzində sözügedən ölkənin çempionatında 82 oyun keçirib, 17 qol vurub.

Cari ilin iyunundan bəri azad agent statusu daşıyır.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
6 Noyabr 18:10 Çək və bizə göndər!