Yeni mövsümün hazırlıqlarını Türkiyədə davam etdirən "Turan Tovuz" təlim-məşq toplanışı çərçivəsində son yoxlama oyununa çıxıb.
Sportinfo.az xəbər verir ki, Ayxan Abbasovun komandasıTanzaniyanın yüksək liqa təmsilçisi "Simba Sport"la qarşılaşıb və 1:0 hesabı ilə qalib gəlib.
“Turan Tovuz”un heyəti:
85. Kamal Bayramov (k), 2. Sertan Taşqın, 6. Brunao, 4. Şəhriyar Əliyev, 5. Roderik Miller, 10. Xəyal Nəcəfov, 23. Serrano, 25 .Denis Marandiçi, 77. Fərid Nəbiyev, 79. Martin Petkov, 7. Paçu Lira
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 6. Səbayıl Bağırov, 3. Tərlan Quliyev, 11. Ayxan Hüseynov, 8. Piruzi Marakvelidze, 80. Otto Con, 9. Belajdi Pusi, 39. Sadiq Quliyev, 97. Sadiq Şəfiyev
Baş məşqçi: Ayxan Abbasov
"Turan Tovuz"un yeganə qolunu Roderik Miller vurub.
"Turan Tovuz" bunadək Türkiyədə "Adana Demirspor"a uduzub (0:2) və "Eyüpspor"a qalib gəlib - 2:1.

