"Qəbələ" Kəmaləddin Heydərovun gözü qabağında belə "yıxıldı" - VİDEO

28 İyul 2023 01:50 Turan 1 117
"Qəbələ" Kəmaləddin Heydərovun gözü qabağında belə "yıxıldı" - VİDEO

Konfrans Liqasının ikinci təsnifat mərhələsində keçirilən "Qəbələ" - "Omoniya" matçında beş qol vurulub.

Sportinfo.az xəbər verir ki, təmsilçimiz 2:3 hesabı ilə məğlub olub.

Oyunu izləyənlər arasında fövqəladə hallar naziri Kəmaləddin Heydərov da olub. O, matçdan bir neçə dəqiqə öncə stadiona gəlib.

Gənclər və idman naziri Fərid Qayıbov da VİP triubada yerini alıb.

Kəmaləddin Heydərovun oğlu Tale Heydərov “Qəbələ”nin prezidenti olub. O, bu postdan 2019-cu ildə istefa verib.

Cavab görüşü avqustun 3-də Kiprdə keçiriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti