Premyer Liqanın iki klubu öz aralarında razılaşdı, PFL bu anlaşnıanı pozdu

23 İyul 2023 16:05 Turan 4 274
Premyer Liqanın iki klubu öz aralarında razılaşdı, PFL bu anlaşnıanı pozdu

Premyer Liqada yeni mövsümə avqustun ilk həftəsində start veriləcək.

Açılış turu ayın 4-6-sı aralığında keçiriləcək.

Püşkə əsasən, «Turan Tovuz» doğma rayonda «Araz Naxçıvan»la qarşılaşmalıdır. Ancaq qərb təmsilçisi stadionda aparılan yenidənqurma işləri ilə əlaqədar matçın yerinin dəyişdirilməsini istəyir.

«Turan» və «Araz» rəhbərliyi arasında aparılan danışıqlarda bununla bağlı razılıq əldə olunub.

Naxçıvan klubu «Dalğa Arena»da nominal ev sahibi kimi meydana çıxmağa hazır olduğunu qarşı tərəfin nəzərinə çatdırıb.

Peşəkar Futbol Liqası (PFL) isə…

Çempionatın təşkilatçısı olan qurum «Turan»ın müvafiq müraciətini geri çevirib. PFL nə səbəbdənsə bu yerdəyişmənin əleyhinə çıxıb və onlara başqa stadion tapmalarını tapşırıb, bunun üçün bir neçə gün vaxt verib.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti