Ardanın komandasına güc gələn "Turan" - VİDEOREPORTAJ

23 İyul 2023 00:40 Turan 974
Ardanın komandasına güc gələn "Turan" - VİDEOREPORTAJ

Yeni mövsümün hazırlıqlarını Türkiyədə davam etdirən "Turan Tovuz" hazırlıq matçı keçirib.

Sportinfo.az xəbər verir ki, qərb bölgəsi təmsilçisi Türkiyə I Liqasında mübarizə aparan "Eyüpspor"la üz-üzə gəlib.

İstanbul təmsilçisi ilə qarşılaşma tovuzluların 2:1 hesablı qələbəsi ilə başa çatıb. "Turan Tovuz"un heyətində Fərid Nəbiyev və Xəyal Nəcəfov fərqləniblər.

"Turan Tovuz" meydana bu heyətlə çıxıb:
1. Tərlan Əhmədli, 6.Brunao, 4. Şəhriyar Əliyev (k), 3. Tərlan Quliyev, 99. Veysəl Rzayev, 10. Xəyal Nəcəfov, 88. Faiq Hacıyev, 77. Fərid Nəbiyev, 25. Denis Marandiçi, 7. Paçu, 79. Martin.

Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 39. Sadiq Quliyev, 60. Səbayıl Bağırov, 15. Vüsal Məsimov, 8. Piruzi Marakvelidze, 33. Eltun Turabov, 11. Ayxan Hüseynov, 80. Otto Con, 9. Belajdi Pusi, 97. Sadiq Şəfiyev.

Baş məşqçi: Ayxan Abbasov

"Eyüpspor"un baş məşqçisi Türkiyə millisinin sabiq üzvü Arda Turandır.

"Turan Tovuz" bunadək Türkiyədə "Adana Demirspor"la üz-üzə gəlib və 0:2 hesabı ilə uduzub.

Komanda daha 1 yoxlama oyunu keçirəcək. Tovuz təmsilçisi iyulun 27-də Tanzaniyanın "Simba Sport" kollektivi ilə qarşılaşacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti