Azərbaycan klubu fransalı legionerə QAPINI GÖSTƏRDİ

22 İyul 2023 23:20 Turan 3 190
Azərbaycan klubu fransalı legionerə QAPINI GÖSTƏRDİ

Türkiyədə yeni mövsümə hazırlıqların davam etdirən "Turan Tovuz"da ayrılıq yaşanıb.

Belə ki, bölgə klubunda yoxlanışda olan Yohan Grecon bu gün düşərgəni tərk edib.

22 yaşlı forvard Bakı toplanışında özünü yaxşı tərəfdən göstərdiyi üçün qardaş ölkəyə aparılan heyətdə yer almışdı.

Onunla rəsmi müqavilə imzalanacağı gözlənilirdi.

Amma Türkiyə toplanışında əcnəbi futbolçunun performansı baş məşqçi Ayxan Abbasovu razı salmayıb.

Fransalı hücumçu karyerası ərzində ölkəsində aşağı liqa təmsilçiləri olan "US Feurs", "Salaise" klublarında, İngiltərədə isə "Derbi"nin formasın geyinib.

O, karyerası ərzində 32 görüşdə 10 qol və 2 asistlə yadda qalıb.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti