PFL əyalət klubuna yer təklif etdi - Səndə işlər yubanırsa, gəl bura!

22 İyul 2023 15:00 Turan 1 321
PFL əyalət klubuna yer təklif etdi - Səndə işlər yubanırsa, gəl bura!

Premyer Liqada yeni mövsümə avqustda start veriləcək. Ayın 5-də ilk turun oyunları keçiriləcək.

Püşkə əsasən, «Turan Tovuz» açılış turunu doğma publika önündə keçirməlidir.

Qərb təmsilçisi həmin gün «Araz Naxçıvan»ı qəbul etməlidir.

Amma... Birinci hesabat həftəsinin qarşılaşması Tovuzda baş tutmaya bilər. Buna səbəb rayon stadionunda aparılan yenidənqurma işləridir.

İyundan başlayaraq sözügedən arenada işıqlandırma sisteminin quraşdırılmasına başlanılıb. Habelə ikinci tribunaya «əd gəzdirilir».

İşlər sürətli aparılsa da, böyük ehtimalla, təhvil-təslim nəzərdə tutulan vaxtda başa çatmayacaq. «Turan Tovuz» və Peşəkar Futbol Liqasında bununla bağlı müzakirələr gedir.

Çempionatın təşkitçısı olan qurum əyalət təmsilçisinə «Dalğa Arena»dan müvəqqəti istifadə etməyi məsləhət görüb. Yəni, Tovuzdakı çalışmalar bitənədək «Araz Naxçıvan» və digər rəqibləri burada qəbul etsinlər.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti