"Turan Tovuz" Premyer Liqanın yeni mövsümünün ilk turunda "Araz Naxçıvan"ı qonaq etməlidir.
Amma qərb təmsilçisinin ilk matçda doğma publika önündə oynamamaq ehtimalı var.
Belə ki, uzun müddətdir Tovuz Şəhər Stadionunda təmir işləri görülür.
Müəyyən səbəblərdən işlərin gedişində axsama yaranıb.
Belədə arenanın ilk matça kimi tam hazır olması sual altındadır.
Hətta ehtimal çox yüksəkdir ki, "Turan" "Araz"ı neytral meydanda qonaq etsin.
Xatırladaq ki, Azərbaycan Premyer Liqasında 2023/24 mövsümü 4 avqust start götürəcək.
XANOĞLAN / SPORTİNFO.AZ

