Azərbaycanda 160 min dollar qazanacaq – Braziliyalı hücumçu

21 İyul 2023 21:00 Turan 3 205
Azərbaycanda 160 min dollar qazanacaq – Braziliyalı hücumçu

Növbəti mövsümdə avrokuboklara vəsiqə üçün mübarizə aparacaq “Turan Tovuz” heyətini gücləndirməkdə davam edir.

Heyətə yeni cəlb olunan futbolçular arasında Luis Enrike Paçu Lira da var.

Son mövsümü Portuqaliya “Trofense” klubunda keçirmiş 27 yaşlı braziliyalı hücumçu qarşıdakı 2 ildə “Turan Tovuz”un uğurları üçün tər tökəcək.

Paçunun karyerasını Azərbaycanda, xüsusən də bölgədə davam etdirmək həvəsinin kökündə ona təklif olunan maliyyə şərti və avrokuboklarda iştirak istəyi ön planda dayanır.

Braziliyalı forvard yeni klubunda illik 80 min dollar qazanacaq. 10 aylıq şərtlə hər ay üçün 8 min dollar. Bu, 2 illik müqavilə üçün 160 min dollar edir.

Son mövsümü Portuqaliya “Trofense”sində keçirən hücumçu karyerası ərzində Braziliyanın “Botafoqo”, “Santa Kruz”, “Boavişta”, “Lemense”, “Sianorte” klublarının formasını geyinib.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti