İspaniyalı Alexandro Serrano karyerasını Azərbaycan davam etdirəcək.
"Turan Tovuz" ölkəsinin U 19 millisinin keçmiş kapitanına rəsmi dəvət göndərib.
Bu haqda qərb təmsilçisindən Sportinfo.az-a məlumat verilib.
Bildirilib ki, "Alex" ləqəbli prineyliyə 2 illik müqavilə təklif olunub. O, bu gün “Turan”ın çağırışına cavab verməlidir – ya “hə”, ya da “yox”.
Böyük ehtimalla, ispan Azərbaycan klubunun şərtlərini qəbul edəcək.
Mərkəz yarımmüdafiəçisi son mövsümü Bolqarıstanın yüksək liqasında keçirən "Habor"da tamamlayıb. Onun Lyuboslav Penevin çalışdırdığı klubla müqaviləsi bu ayın əvvəli bitib və hazırda azad agent statusu daşıyır..
Aleks Serrano Barselonada dünyaya gəlib. İspaniyanın aşağı yaşlıalılardan ibarət millilərində, "Sportinq Xixon", "Malyorka", "Salamanka" və digər yerli klublarda çıxış edib. 28 yaşlı “Aleks”
Bolqarıstandan öncə legioner həyatına Polşada başlayıb, "Qurnik"də forma geyinib.
Onun atası Mino da İspaniya futbolunda tanınmış simadı. Ötən əsrin 80-90-cı illərdə "Real Madrid", "Sevilya", "Espanyol", "Malyorka" və başqa klubların şərəfini qoruyub.

