"Turan Tovuz" axtardığı növbəti legioneri Litvada tapıb.
Söhbət bu ölkənin təmsilçisi "Jalqiris"də çıxış edən Brahim Konatedən gedir.
27 yaşlı oyunçu mərkəz yarımmüdafiəçisi mövqeyində çıxış edir.
Fransalı legionerin göstəriciləri baş məşqçi Ayxan Abbasovu razı salıb.
Hətta bir müddətdir tərəflər arasında danışıqlar da gedir.
Konate də Tovuz təmsilçisinə keçidinə isti baxırmış.
Lakin hazırkı klubu bu keçidə qarşı çıxıb və onun gedişinə "yox" deyib.
Beləcə orta sahə oyunçusunun ölkəmizə gəlişi düyünə düşüb.
Mali əslli Brahim Konate Fransanın U-20 millisində 6 görüş keçirib. Ölkəsində "Oser", "Auxerre" və "Nıor" klublarında keçirib. İspaniyanın isə aşağı liqa təmsilçilərində qısa müddət legioner həyatı yaşayıb.
XANOĞLAN / SPORTİNFO.AZ

