"Turan Tovuz" yeni mövsüm hazırlıqların Türkiyədə davam etdirir.
Bölgə klubu təlim-məşq toplanışının birinci mərhələsini isə paytaxtımızda keçirdi.
Təxminən iki həftə Bakı Olimpiya stadionunda məşqlərin davam etdirən qərb təmsilçisi "Araz Naxçıvan"la yoxlama görüşü ilə vətəndəki proqramı başa vurmuş oldu.
5:1 hesablı qələbə ilə başa çatan yoxlama matçını çox sayda tovuzlu azarkeş tribunadan izləyirdi.
Qarşılaşmanın final fitindən sonra isə tərəfdarlar futbolçuları yanlarına çağırıb alqışladılar.
Fanatlar baş məşqçi Ayxan Abbasova sevgilərin xüsusi şuarla "Ayxan sən bizim ürəyimizsən" - deyə nümayiş etdiriblər.
Təcrübəli mütəxəssis tribunalar dönərək onlara təşəkkür edib.
XANOĞLAN / SPORTİNFO.AZ
Həmin anın görüntülərin aşağıdakı linkdən izləyə bilərsiniz:

