Yeni klubunda 3 dəfə çox PUL QAZANACAQ - Azərbaycandan gedən

15 İyul 2023 23:40 Turan 2 488
Yeni klubunda 3 dəfə çox PUL QAZANACAQ - Azərbaycandan gedən

"Turan Tovuz"dan ayrılan Runi Evanın yeni klubu müəyyənləşib.

Kamerunlu hücumçu karyerasını Bolqarıstanda davam etdirəcək.

27 yaşlı forvard "ÇSKA 1948"lə anlaşıb.

Runi Eva 2022/2023 mövsümünü "Turan Tovuz"da keçirib. O, qərb bölgəsi təmsilçisinin heyətində meydana çıxdığı 37 rəsmi matçda 17 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Afrikalı Sofiya təmsilçisi ilə 1 illik müqavilə imzalayıb. Onun Bolqarıstana sırf qazanc üçün getdiyini söyləyə bilərik.

Runi "ÇSKA 1948"də “Turan”dan 3 dəfə çox – aylı1 15 min dollar əməkhaqqı alacaq.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti