Yeni mövsümə hazırlığını davam etdirən "Turan Tovuz" Türkiyəyə yollanıb.
Qərb təmsilçisi iyulun 28-dək Ankaranın Qızılcahamam bölgəsində yerləşən "Cam" otelində məskunlaşacaq.
Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv burada 4 yoxlama görüşü keçirəcək.
Rəqiblərdən biri "Adana Dəmirspor" (17 iyul ), digəri isə "Eyüpspor"dur (22 iyul). Daha bir sparrinqin adına isə az öncə aydınlıq gəlib.
Belə ki, tovuzlular ayın 27-də “Simba” ilə üz-üzə gələcək. Bu komanda Tanzaniyanın təmsilçisi və son ölkə çempionudur.
"Turan Tovuz" Bakıdakı hazırlıq çərçivəsində "Araz-Naxçıvan"ı 5:1 hesabı ilə məğlub edib.
SPORTİNFO.AZ

