Azərbaycan klubunun bombardiri Bolqarıstanda - FOTO

13 İyul 2023 19:20 Turan 1 556
Azərbaycan klubunun bombardiri Bolqarıstanda - FOTO

Ötən ay "Turan Tovuz"dan ayrılan Runi Evanın yeni klubu müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, kamerunlu hücumçu Bolqarıstanda "MOİK 1948"ə keçib.

Bu barədə Sofiya təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 27 yaşlı afrikalı ilə bağlanan müqavilənin müddəti açıqlanmayıb.

Ötən mövsüm Azərbaycanda 17 qol vuran hücumçunun yeni klubu

Runi Eva ötən mövsüm Premyer Liqada 32 oyuna 16 qol vurub, 3 qol ötürməsi edib. Azərbaycan kubokunda isə 5 oyuna 1 qol vurub, 1 qol ötürməsi verib.

O, ötən ilin avqustundan çıxış etdiyi komandanın bombardiri olub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti