Bu gün Türkiyəyə yola düşəcək “Turan Tovuz”un təlim-məşq toplanışı çərçivəsində keçirəcəyi yoxlama oyunlarındakı rəqiblərinin üçü müəyyənləşib.
Sportinfo.az xəbər verir ki, bu haqda Tovuz klubunun baş məşqçisi Ayxan Abbasov jurnalistlərə açıqlamasında məlumat verib.
O bildirib ki, rəqiblərdən ikisi Türkiyə təmsilçisidir:
“İlk oyunda “Adana Dəmirspor”la qarşılaşacağıq. Bu matç iyulun 17-də keçiriləcək. Ayın 22-də “Eyübspor”la üz-üzə gələcəyik.
Üçüncü matçımız Afrika klubuna qarşı olacaq. Sonuncu oyundakı rəqib isə hələ müəyyənləşməyib”.
“Eyübspor”un baş məşqçisi tanınmış türkiyəli veteran futbolçu Arda Turandır.

