"Turan Tovuz" yay təlim-məşq toplanışının birinci hissəsini başa vurdu.
Bakıda keçən hazırlıq "Araz Naxçıvan"la keçirilən yoxlama görüşü (5:1) ilə yekunlaşdı.
Komanda bu gün ikinci mərhələ üçün Türkiyəyə yola düşəcək.
Amma heç də hər kəs qardaş ölkəyə aparılmayacaq.
Belə ki, paytaxtda keçirilən birinci mərhələdə komandanın düşərgəsində yoxlanışda olan iki afrikalı Qızılcahama aparılmayacaq.
Biri mərkəz, digər cinah yarımmüdafiəçisi olan legionerlərin performansı baş məşqçinin ürəyincə olmayıb.
Belədə hər iki gəlməyə də qapını göstəriblər.
XANOĞLAN / SPORTİNFO.AZ

