Dörd ildən sonra futbola döndü, həsrət QANLA BİTDİ

15 İyul 2023 23:00 Turan 2 119
Dörd ildən sonra futbola döndü, həsrət QANLA BİTDİ

"Turan Tovuz" Bakı toplanışını "Araz Naxçıvan"la yoxlama görüşü ilə başa vurdu.

Bölgə klubu 5:1 qələbə qazandığı matçda yeni transferlə bağlı həyəcan yaşadı.

Söhbət uzun müddətdən sonra futbola qayıdan Budaq Nəsirovdan gedir.

Qarşılaşmanın ikinci yarısı meydana çıxan "18 nömrə" sona yaxın ciddi zədə alaraq yerdə qaldı.

Həkimlərin təxminən 5 dəqiqəlik müdaxiləsi də yetərli olmayınca yarımmüdafiəçi əvəzləndi.

Görüşdən sonra Sportinfo.az-a danışan təcrübəli oyunçu son durumu ilə bağlı bunları dedi:

"Özümü yaxşı hiss edirəm. Qaşım iki yerdə partlayıb. Həkimlər 3 tikiş qoydular. Hər hansı narahatçılıq görünmür".

O, "Turan", "Sumqayıt", "Araz Naxçıvan", "Kəpəz" və Portuqaliya "Sportinq"ində çıxış edib. Azərbaycanın aşağı yaş qrupları üzrə yığmaları ilə yanaşı, əsas millinin də formasını geyinib.

Budaq Nəsirov 2019-cu ildən klubsuz idi.

XANOĞLAN

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti