"Turan Tovuz" heyətini daha bir futbolçu ilə gücləndirib.
Belə ki, bölgə klubunda yoxlanışda olan Yohan Greconun durumu baş məşqçi Ayxan Abbasovu razı salıb.
22 yaşlı forvard Bakı toplanışında özünü yaxşı tərəfdən göstərə bilib.
Onunla yaxın günlərdə rəsmi müqavilə imzalanacaq.
Fransalı hücumçu karyerası ərzində ölkəsində aşağı liqa təmsilçiləri olan "US Feurs", "Salaise" klublarında, İngiltərədə isə "Derbi"nin formasın geyinib.
O, karyerası ərzində 32 görüşdə 10 qol və 2 asistlə yadda qalıb.
XANOĞLAN / SPORTİNFO.AZ

