İş gedir, amma... Premyer Liqanın ilk oyunlarına çatmayacaq

12 İyul 2023 14:40 Turan 1 814
İş gedir, amma... Premyer Liqanın ilk oyunlarına çatmayacaq

İyunun son ongünlüyündə “Turan Tovuz”a məxsus Tovuz şəhər stadionunda abadlıq və yenidənqurma işlərinə start verilib.

Arena ərazisində ikimərtəbəli yeni bina inşa olunur.

“Turan Tovuz” Futbol Akademiyasının sərəncamına veriləcək binada yataq otaqları, akademiya məşqçiləri üçün iş və nəzəri məşğələ otaqları, konfrans və fitnes zalları, tibb və digər zəruri otaqlar yer alacaq.

Bununla yanaşı, projektorların quraşdırılması işlərinə də start verilib.

Klubun İdarə Heyətinin sədri Ehtiram Quliyevə məxsus şirkət tərəfindən aparılan işlər sürətlə aparılır.

Ancaq yeni layihənin icrası öncədən nəzərdə tutlan vaxtda başa çatmayacaq. Bunun üçün avqustun ikinci yarısını gözləmək lazım gələcək.

Səbəb? Söküntüdən sonra ələva problemlər ortaya çıxıb.

Odur ki, “Turan Tovuz”un Premyer Liqanın ilk iki həftəsində ev oyunlarını doğma məkanda keçirməsi az inandırıcıdır.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti