Növbəti mövsümün çalışmalarına Bakıda start verən "Turan Tovuz" iyulun 13-də Türkiyəyə yola düşəcək.
Təlim-məşq toplanışının ikinci mərhələsi üçün Ankaranın Qızılcahamam bölgəsində yerləşən "Cam" otelində məskunlaşacaq komanda ayın 28-nə qədər hazırlığını burada davam etdirəcək.
Artıq rəqiblərdən ikisinin adına aydınlıq gəlib. Qərb təmsilçisi ayın 17-də yerli Super Liqa təmsilçisi "Adana Demirspor"la üz-üzə gələcək.
Ayxan Abbasovun çalışdırdığı kollektiv iyulun 22-də Arda Turanın sükanı arxasında dayandığı I Liqa klubu "Eyubspor"la qarşılaşacaq.
Digər iki sparrinq hələ müəyyənləşməyib.
SPORTİNFO.AZ

