Böyük şəhərin klubuna təcili sponsor tapmaq lazımdır, yoxsa… VİDEO

9 İyul 2023 15:15 Turan 1 410
Böyük şəhərin klubuna təcili sponsor tapmaq lazımdır, yoxsa… VİDEO

"Kəpəz"ə təcili sponsor tapmaq lazımdır".

Bu sözlər futbol eksperti Emin Abbasova məxsusdur.

ATV kanalında yayımlanan «Futbolumuz» verlişinin daimi eksperti Gəncə klubunun üzləşdiyi maliyyə problemlərindən danışıb.

O, AFFA-nın bu çətinliyin həllini öz üzərinə götürməli olduğunu bildirib. Deyib ki, federasiya Futbolun İnkişaf Fondunun fəaliyyəti ilə kifayətlənməməli, «Kəpəz»in sponsorla təminatına yaxından köməklik göstərməlidir.

Abbasov həmçinin Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədova səslənib.

Ekspert qeyd edib ki, Avropanın əksər ölkələrində çempionat iştirakçılarının sayı Azərbaycandan çoxdur, odur ki, AFFA vur-tut 10 klubu olan Premyer Liqada mübarizə aparan «Kəpəz»in maddi cəhətdən ciddi problemlər yaşamasına biganə qalmamalıdır.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti