Azərbaycan klubunda 3 yeni sima – ONLAR KİMLƏRDİR?

8 İyul 2023 19:16 Turan 1 622
Azərbaycan klubunda 3 yeni sima – ONLAR KİMLƏRDİR?

"Turan Tovuz" yeni mövsümün hazırlıqların Bakıda davam etdirir.

Bu ayın 13-ü Türkiyəyə yola düşəcək qərb təmsilçisi məşqlərini Bakı Olimpiya Stadionunun yardımçı meydançasında keçir.

Bütün yeni transferlər - Aydın Bayramov, Fərid Nəbiyev, Sərtan Taşkın, Martin Detelinov Petkov, Bruno Qonçalves, Otto Con, Luis Henrike Paçu Lira, Bruno Qonçalves Do Prado düşərgədə yer alıb.

Adıçəkilənlərdən əlavə Ayxan Abbasovun sərəncamında 3 əcnəbi də var.

Biri fransalı, ikisi afrikalı olan legionerlər yoxlanışdadır.

Adlarını dəqiqləşdirə bilmədiyimiz futbolçulardan birinin mövqeyi orta sahə, digər ikisi isə hücumameyllidir.

Hər biri gənc olan gəlmələr özlərini məşqlərdə yaxşı tərəfdən göstərə bilsələr onlarla müqavilə imzalanacaq.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti