Azərbaycan klubundan braziliyalı müdafiəçi ilə 1+1 illik anlaşma

7 İyul 2023 16:40 Turan 1 628
Azərbaycan klubundan braziliyalı müdafiəçi ilə 1+1 illik anlaşma

“Turan Tovuz” xarici bazarda fəalliğını artırıb.

Legionerləri bir-birinin ardınca düşərgəsinə gətirən qərb klubu bu gün daha bir əməliyyata yekun vuracaq.

Premyer Liqada ikinci mövsümünə hazırlaşan əyalət təmsilçisi Bruno Gonçalves Do Prado ilə 1+1 illik müqaviləni rəsmiləşdirəcək.
Braziliyalı futbolçu mərkəz müdafiəçisidir.

Ölkəsində "Vila Nova"nın yetirməsi olan və "Bahia"da oynamış arxa xətt oyunçusu son illəri Portuqaliyada keçirib.

27 yaşlı legioner "Arouca" və "Leixoes"in şərəfini qoruyub.

O, karyerası ərzində meydana çıxdığı 69 matçda 4 qol, 2 asistlə yadda qalmağı bacarıb.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti