Azərbaycan klubu SON QƏRARını verdi - Geri qayıtsa belə, xeyri yoxdur

8 İyul 2023 16:20 Turan 2 789
Azərbaycan klubu SON QƏRARını verdi - Geri qayıtsa belə, xeyri yoxdur

"Turan Tovuz"da Runi Eva ilə bağlı susqunluq pozulub.

Belə ki, klub kamerunlu hücumçu ilə yolları ayırmağa qərar verib.

Klub ötən həftədən məşqlərə başlasa da Eva hələ düşərgədə yoxdur.

Meneceri bir neçə klubla danışıqlar aparır. “Turan”dan ötən mövsümün sonu 10 günlük möhlət istəyən əcnəbi oyunçu günü-günə calayıb, vaxt uzatdığını görən qərb təmsilçisi yeni transferlərlə hücum mövqeyini gücləndirib.

O, bundan sonra geri dönmək istəyinə düşsə də yeni əməkdaşlıq baş tutmayacaq.

Ötən yay qərb təmsilçisinə transfer olunan forvard mövsümün kəşflərindən oldu.

Belə ki, 28 yaşlı afrikalı meydana çıxdığı 37 görüşdə 17 qol, 6 asistlə yadda qalmağı bacarıb.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti