“Turan Tovuz” Runi Eva ilə apardığı danışıqları dayandırıb .
Kamerunlu hücumçu ötən mövsüm Premyer Liqada 32 oyuna 16 qol vurub, 3 qol ötürməsi edib.
O, ötən ilin avqustundan “Turan Tovuz”da çıxış edirdi.
İndi isə Avropa şəhərlərini dolaşmaqda və özünə yeni komanda axtarmaqdadır.
Bölhə təmsilçisi afrikalıya əvvəlkindən daha yaxşı maliyyə şərtləri irəli sürsə də, “hələ bir qədər də gözləyin” deyərək, 1 aydan artıqdır söhbəti uzadır.
Təbii ki, bu da qarşı tərəfə xoş gəlməyib. Odur ki, baş məşqçisi Ayxan Abbasov gözlənilən qərarı qəbul edib.
Təcrübəli çalışdırıcı Runi Evaya vaxt qoyub. Əgər o, iyulun 13-dək düşərgəyə gəlməsə, müqavilənin uzadılması məsələsi gündəmdən birdəfəlik çıxarılacaq.
SPORTİNFO.AZ

