Premyer Liqada ilk uğurlu mövsümünü geridə qoyan “Turan Tovuz” heyətini gücləndirmək istiqamətində əməli addımlar atır.
Gələn “futbol ili”nə ciddi hazırlaşan qərb klubu daha bir legionerlə anlaşıb.
Avrokuboklara iddia edə biləcək komanda formalaşdırmağı qarşısına məqsəd qoyan bölgə təmsilçisi bu dəfə Paçu ilə əl sıxışıb.
27 yaşlı braziliyalı mərkəz hücumçusudur. “Botafoqo”nun yetirməsi 2016-2019-cu illəri icarə əsasında müxtəlif klublarda keçirib.
Öncə yerli “Qoncalense” və “Santa Kruz”da, ardınca Portuqaliyada “Boavişta “nın formasını geyinib. 2020-ci ildə “Atibaja”ya üz tutub. İ
lin ilk 6 ayında burada çıxış edən forvard 6 oyunda qol vurmayınca, “Atletiko PR”ın yolunu tutub. Yeni komandasında 12 matça çıxan və 5 dəfə fərqlənib.
2021-ci ildə “Kianorte” ilə anlaşıb və az şans qazanıb (3 oyun, 1 qol).
2021-ci ilin ikinci yarısında “Trofense”dən dəvət alıb və Azərbaycana da elə Portuqaliya klubundan gəlib.
SPORTİNFO.AZ

