“Tovuz həmişə istedadlı uşaqlarla seçilib”.
Bu fikir futbol eksperti Emin Abbasova məxsusdur.
ATV kanalında yayımlanan “Futbolumuz” verlişində danışan tanınmış teleşərhçi qərb bölgəsində uşaq futbolunun vəziyyətinə münasibət bildirib:
“Respublikanın regionları arasında bölü aparsaq, Tovuz həmişə futbol rayonu sayılıb. Buradan həmişə istedadlar çıxıb.
“Turan” uzun müddət Premyer Liqadan uzaq düşdüyü üçün futbol son vaxtlara kimi aktual olmayıb.
Bir müddət əvvəl akademiya yaradıldı, komanda Premyer Liqaya döndü, rayonda futbol həyatı yenidən canlandı.
O akademiyanı daha yaxşı etmək olardı, daha keçib. Bunu da min şükür!
Hazırda müxtəlif yaş qrupları üzrə yığmalara Tovuzdan 15-ə yaxın uşaq dəvət alır. “Turan”da bir neçə gənc debüt etdi.
Bu gün də 6 yaşdan başlayaraq akademiyaya uşaqları götürürlər”.
SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

