Azərbaycan klubunda atılan imzalar 13-ə çatdı - SİYAHI

2 İyul 2023 02:50 Turan 704
Azərbaycan klubunda atılan imzalar 13-ə çatdı - SİYAHI

“Turan Tovuz” daha bir futbolçusu ilə müqavilənin müddətini uzadıb.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Belajdi Pusi ilə 1 illik sözləşmə imzalanıb. O, 2023/2024-cü illər mövsümünün sonunadək komandanın şərəfini qoruyacaq.

Belajdi bu ilin yanvar ayından Tovuz təmsilçisinin formasını geyinir.

"Turan Tovuz" bu yay indiyədək Ayxan Hüseynov, Kamal Bayramov, Tərlan Əhmədli, Sadiq Quliyev, Tərlan Quliyev, Ehtiram Şahverdiyev, Eltun Turabov, Səbayıl Bağırov, Mehman Hacıyev, Faiq Hacıyev, Vüsal Məsimov və Piruzi Marakvelidze ilə də müqaviləsini yeniləyib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti