“Turan Tovuz” Piruzi Marakvelidze ilə müqaviləni uzadıb.
Sportinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, tərəflər 1 illik yeni sözləşmə imzalayıblar.
"Turan Tovuz" Piruzi ötən ilin yayından Tovuz təmsilçisində oynayır.
Tovuz klubu bu yay indiyədək Ayxan Hüseynov, Kamal Bayramov, Tərlan Əhmədli, Sadiq Quliyev, Tərlan Quliyev, Ehtiram Şahverdiyev, Eltun Turabov, Səbayıl Bağırov, Mehman Hacıyev, Faiq Hacıyev və Vüsal Məsimovla da müqaviləsini yeniləyib.

